Azərbaycan Mərkəzi Bankının (AMB) strukturunda yeni kadr təyinatı reallaşıb.
“Yeni Sabah” xəbər verir ki, AMB-nin Strateji və Əməliyyat Risklərinin İdarə Edilməsi İdarəsinə yeni rəis təyin edilib. Bu vəzifəyə gətirilən Azər Novruzov artıq cari ilin iyul ayından etibarən yeni işinin icrasına başlayıb.
A.Novruzov 2024-cü ilin martından bəri Mərkəzi Bankda Strateji və Əməliyyat Riskləri üzrə baş mütəxəssis statusunda fəaliyyət göstərirdi. AMB-yə gəlməzdən öncə, yəni 2022-ci ilin oktyabrından 2024-cü ilin martınadək ABB-də (Azərbaycan Beynəlxalq Bankı) komanda rəhbəri, daha əvvəl isə (2017-2022-ci illərdə) eyni bankda baş mütəxəssis kimi çalışıb. Toyuqlu pizza
Ümumilikdə, yeni idarə rəisinin bank sahəsində 12 ildən çox zəngin peşəkar təcrübəsi var.
Telegram kanalımız