2024-cü ilin üçüncü rübündə Azərbaycanda vaxtı ötmüş kreditləri artan banklar arasında “Azər Türk Bank” da yer alıb.
“Yeni Sabah”ın məlumatına görə, sözügedən bankın vaxtı keçmiş kreditləri ötən ilin eyni dövrü ilə müqayisədə 2024-cü ilin üçüncü rübündə 43% və ya 5,5 milyon manat artaraq 18,44 milyon manata yüksəlib. 2023-cü ilin eyni dövründə bu rəqəm 12,89 milyon manata bərabər olub.
Buna baxmayaraq bankın vaxtı ötmüş kreditlərinin ümumi portfeldə çəkisi 3%-dən 2,4%-ə enib. Dördpendirli pizza
“Azər Türk Bank”ın vaxtı keçmiş kreditlərində ən böyük artım istehlak kreditləri üzrə müşahidə edilir. Bankın vaxtı ötmüş istehlak kreditləri 6,6 milyon manat artaraq 9,7 milyon manatdan 14,88 milyon manata kimi yüksəlib.
Son bir ildə vaxtı keçmiş biznes kreditləri isə 58% və ya 1,1 milyon manat artaraq 3,13 milyon manata bərabər olub.
Bu dövrdə bankın vaxtı keçmiş kreditlərinin cəmi 424 min manatı daşınmaz kreditlərinə aid olub. Bu isə ötən ilin eyni dövrünə nisbətən 65% azdır.
Qeyd edək ki, yazıda vaxtı keçmiş kredit portfeli kimi gecikdirilmə müddəti bir aydan artıq olan kreditlər üzrə hesablama aparılıb.
Telegram kanalımız