Azərbaycan 1711 erməni əsgərinin cəsədini təhvil verib

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan 1711 erməni əsgərinin cəsədini təhvil verib

Rəsmi

25 Fevral 2022 11:57 427


"2020-ci ilin noyabrından indiyə qədər azad olunmuş ərazilərdə mina partlayışından 37 nəfər həlak olub, 200-dən çox insan xəsarət alıb".

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər  naziri Ceyhun Bayramov deyib.

“Ermənistan xeyli vaxt mina xəritələrini Azərbaycana verməyib. Beynəlxalq ictimaiyyətin təzyiqi ilə 1 ildən sonra mina xəritələrini verdi. Eyni zamanda Ermənistan Birinci Qarabağ müharibəsində itkinlərlə bağlı məlumatları Azərbaycana verməyib. Azərbaycan isə İkinci Qarabağ müharibəsindən sonra Ermənistana nümunə göstərdi, azad edilmiş ərazilərdə 1711 erməni əsgərinin cəsədinin tapılaraq Ermənistana verilməsini təmin etdi. Həmin ərazilərə Azərbaycan nəzarətini təmin etdikdən sonra bir neçə kütləvi məzarlıqlar tapılıb. Bu kütləvi məzarlıqlar Kəlbəcərdə Başlıbeldə, Şuşa ətrafında, dünən isə Xocavəndin Edilli kəndi yaxınlığında tapılıb”,- XİN başçısı deyib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!