Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşuldu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşuldu

Siyasət

24 Aprel 2026 00:35 125


Azərbaycan BMT-nin “Vasitəçilik nəticəsində əldə olunan beynəlxalq barışıq sazişləri haqqında Konvensiya”sına qoşulub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin "X" hesabında paylaşım edilib.

Qeyd olunur ki, Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Tofiq Musayev BMT-nin Hüquq Məsələləri üzrə Ofisində sözügedən konvensiyanı ölkə adından imzalayıb.

Məlumata görə, konvensiya 20 dekabr 2018-ci ildə Nyu-Yorkda qəbul olunub və beynəlxalq səviyyədə vasitəçilik yolu ilə əldə edilən razılaşmaların hüquqi çərçivəsini müəyyən edir./Apa


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!