Azərbaycan daha 3 erməni hərbçinin meyitinin qalıqlarını təhvil verdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan daha 3 erməni hərbçinin meyitinin qalıqlarını təhvil verdi

Hadisə

23 Aprel 2021 18:21 652


Azərbaycan Qarabağda müharibədə ölən daha 3 erməni hərbçinin meyitinin qalıqlarını Ermənistana təhvil verib.

Yenisabah.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, erməni hərbçilərin meyitlərinin qalıqları Ağdərə istiqamətində qarşı tərəfə verilib.

Bundan əvvəl də Azərbaycan xeyli erməni hərbçinin meyitinin qalıqlarını Ermənistana təhvil verib.

Bununla yanaşı, erməni tərəfinin Hadrut qəsəbəsi ərazisində bu gün apardığı axtarış zamanı iki erməni hərbçinin meyitinin qalıqları aşkarlanıb.

Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə 2020-ci il noyabrın 13-dən bəri 1 551 erməni hərbçinin meyitinin qalıqlarını tapılıb. /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!