Azərbaycan diasporunun gələcək fəaliyyəti

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan diasporunun gələcək fəaliyyəti

Sosial

22 Noyabr 2024 12:33 704


2025-ci ildə Azərbaycanın xaricdə təbliğatı - diaspor və lobbiçilik fəaliyyəti üçün xərclərə 7 milyon manat ayrılır. Bu barədə dünən keçirilən büdcə müzakirəsi zamanı Maliyyə naziri Samir Şərifov bildirib. 

Onun sözlərinə görə, həmin vəsait Diasporla İş üzrə Dövlət Komitəsinə yönəldilir. Ümumən isə son illər xarici ölkələrdə fəaliyyət göstərən və çox sayda azərbaycanlını öz əhatəsinə toplayan diaspor təşkilatlarımız xeyli inkişaf yolu qət edib. Diaspor və lobbiçilk fəaliyyəti istənilən ölkənin xarici siyasətində sözsüz ki, olduqca əhəmiyyətli yer tutur. 

Xüsusən nəzərə alsaq ki, ölkəmizin uzun illərdir münaqişə şəraitində olduğu Ermənistanın xaricdə xeyli sistemli şəkildə fəaliyyət göstərən lobbi təşkilatları var, bu baxımdan diaspor fəaliyyətinin əhəmiyyəti daha da artır. Müstəqillik illərində xaricdə fəaliyyət göstərən Azərbaycan diasporu Xocalı faciəsinin tanıdılması, Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olması, milli-mədəni dəyərlərin təbliği ilə bağlı təqdirəlayiq işlər görüb. Son illər bu kimi tədbirlərin təşkili daha da artmaqdadır.  Marqarita pizza

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, diaspor fəaliyyətinin inkişafı dövlət üçün vacib istiqamətlərdəndir:

“Diaspor fəaliyyəti əslində olduqca vacib istiqamətlərimizdən biridir, çünki bu gün ölkəmizə qarşı ən böyük təhdidlər xaricdən gəlir. Xaricdə yaşayan azərbaycanlıları fəallaşdırmaq, onları təşkilatlandırmaq qarşıda duran əsas məsələlərdən biridir. 

Bu istiqamətdə Diasporla İş üzrə Dövlət Komitəsi çox böyük işlər görür. Uzaq məmləkətlərdə olan azərbaycanlıları həmin ölkənin ictimai, siyasi və mədəni həyatında iştiraka cəlb edir və onları stimullaşdırır. Bu həm də ölkəmizin turizm və başqa mədəni komponentlər üzərində reklamı deməkdir. Təbii ki, bu sahədə də xeyli müsbət nəticələr də ortaya çıxır. 

Əsas fəallıq kafsentidir və bu xeyli yüksəkdir. Azərbaycanlılar ABŞ-da, Avropa İttifaqı ölkələrində, o cümlədən Rusiyada nə qədər fəal olsalar, həmin dövlətlərin siyasətlərinə təsir göstərə bilirlər. Ona görə də, bu ayrılan vəsait əsasən təşkilatlanma məsələləri həsr olunur və bu olduqca vacibdir. Bu ölkəmizin strateji maraqlarının təmin edilməsi istiqamətində uğurlu nəticələrə imkan yaradacaq”.

Tanınmış jurnalist və siyasi ekspert Əli Zülfüqaroğlu xaricdəki diaspor təşkilatlarının qarşısında duran vacib məsələlərdən danışıb:

“Diaspor mövzusu Azərbaycan üçün kifayət qədər ciddi və strateji əhəmiyyət daşıyır. Çünki biz elə bölgədə yerləşirik ki, dövlətin xarici siyasətinə dəstək vermək üçün diaspor çox güclü olmalıdır. Azərbaycan diasporu xüsusən müstəqillik əldə etdikdən sonra xaricə köçən azərbaycanlıların yaratdığı təşkilatlar nəticəsində formalaşıb. 

Düzdü, diaspor fəaliyyətində bir sıra irəliləyişlər var, amma bunu yetərli hesab etmək qətiyyən doğru deyil. Çünki son illərə qədər Azərbaycan diasporunun yerli cəmiyyətlərə inteqrasiya problemləri var idi və bu hələ də davam edir. Digər bir problem isə xaricdə, xüsusilə Avropa və ABŞ-da ikinci nəsil azərbaycanlıların diaspora qazandırılması ilə bağlıdır. 

Öncəki dövrlərdə bizim üçün inteqrasiya məsələsi problem idisə, indi isə ikinci nəsil azərbaycanlıların assimilyasiya problemi var. Həmin azərbaycanlıların diaspora qazandırılması üçün ilk öncə onların öz milli adət-ənənələrini, ana dilini bilməli və eyni zamanda sevməlidir. Digər bir məqam isə koordinasiya ilə bağlıdır. Azərbaycan diasporunun Tovuz döyüşlərindən sonra mütəşəkkil formada fəaliyyət göstərdi və bir sıra ölkələrdə təşkilatlanaraq, sistemli addımlar atmasını müşahidə etdik. 

Dövlət başçısı Şuşa qurultayında diaspor nümayəndələrinə tövsiyələr verdi və bu tövsiyələr əslində bir növ yol xəritəsi idi. Prezident bildirdi ki, Azərbaycan həqiqətlərinin, erməni vadanlizminin dünyaya çatdırılması kifayət qədər vacibdir və mübarizə hələ davam edir. Bundan əlavə Azərbaycan tarixinin, iki hissəyə bölünməsi faktorunun beynəlxalq ictimaiyyətə çatdırılması kifayət qədər önəmlidir. Bu baxımdan diasporun xarici media subyektləri ilə əlaqələr yaratması da olduqca vacibdir. Əlbəttə, bir çox ölkələrdə bununla bağlı fəaliyyət nümunələri var, amma tam yetərincə deyil. Hesab edirəm ki, bundan sonra da Azərbaycan diasporunun üzərinə yetərincə yük düşür və bizim mübarizəmiz davam edir. Azərbaycan diasporu da bu mübarizənin önəmli bir parçasına çevrilməlidir”.

Nazim Hacıyev

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” istiqaməti üzrə hazırlanmışdır.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!