Azərbaycan dilindən sınaq imtahanı yeni modelə uyğun keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan dilindən sınaq imtahanı yeni modelə uyğun keçiriləcək

Sosial

14 Dekabr 2021 11:49 572


DİM 2021-ci il dekabrın 26-da Azərbaycan dili fənnindən yeni modelə uyğun sınaq imtahanı keçirəcək.

Yenisabah.az xəbər verir ki, sınaq imtahanı 2020-ci ildə tətbiq edilməsi nəzərdə tutulan və ictimaiyyətə elan edilən, lakin pandemiyaya görə həyata keçirilməsi təxirə salınan imtahan modelinə uyğun keçiriləcək.

Burada abituriyentlərin dinləyib-anlama qabiliyyətləri də yoxlanılacaq. Həmçinin yazılı şəkildə cavablandırılması tələb olunan 3 tapşırıqdan istifadə olunacaq. pizza

Qeyd edək ki, sınaq imtahanında iştirak etmək üçün qeydiyyat 16 dekabr saat 23:59-dək davam edəcək.

Nəzrin Vahid 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!