Azərbaycan filmi üçün göz yaşı tökən uşağa “Hozu”dan jest - Video

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan filmi üçün göz yaşı tökən uşağa “Hozu”dan jest - Video

Şou

15 Noyabr 2022 16:06 1994


Bir neçə gündür sosial şəbəkələrdə yayılan video, qısa zaman ərzində hər kəsin maraq dairəsinə düşüb.

Yenisabah.az xəbər ki, atanın çəkdiyi görüntülərdə Akif adlı oğlu Azərbaycan dilində filmlərin olmamasından şikayətlənərək ağlayıb.

Sosial şəbəkələrdə yayılan və qısa müddət ərzində böyük izləyici sayı toplayan bu görüntüləri görən “HOZU Cangüdən” filminin məşhur siması Məcid Hüseynov azyaşlıya böyük jest edib. Dominos pizza

O, azyaşlını və ailəsini “HOZU cangündən” filminə baxmağa dəvət edib:

“Əminin balası, diqqətlə qulaq as, Azərbaycan dilində “HOZU cangüdən” film var. 20 noyabr, yəni, həftənin bazar günü, saat 18:30-da, sizi ailəvi olaraq dəvət edirəm "Metropark"a. “HOZU cangüdən” filminin imza günü olacaq. Gəlin, birlikdə bu filmə baxaq. Sənin də 5 biletini əmi alacaq. Gözləyirəm”.

Qeyd edək ki, “HOZU cangüdən” filmini, “Park Cinema”, “Nizami Kinoteatrı”, “Aygün Mall”, “Park Bulvar” və “Metropark” kinoteatrlarında izləyə bilərsiniz.

Ətraflı video görüntüdə:

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!