Azərbaycan Hava Yolları Qarsa ilk reysini həyata keçirib

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Hava Yolları Qarsa ilk reysini həyata keçirib

İqtisadiyyat

30 İyul 2026 16:48 116


Azərbaycan Hava Yolları Türkiyənin Qars şəhərinə ilk uçuşunu uğurla həyata keçirib.

Qars istiqamətində həyata keçirilən ilk reysin sərnişinləri Qars Harakani Hava Limanında xüsusi mərasimlə qarşılanıblar. Yeni marşrut üzrə reyslər həftədə iki dəfə – cümə axşamı və bazar günləri həyata keçiriləcək. Bu istiqamətin açılması Azərbaycan və Türkiyə arasında hava əlaqələrinin daha da genişlənməsinə, sərnişinlər üçün səyahət imkanlarının artırılmasına, həmçinin turizm, biznes və mədəni əlaqələrin inkişafına əlavə töhfə verəcək.

Qeyd edək ki, Türkiyə Azərbaycan Hava Yollarının ən geniş təmsil olunduğu bazar olaraq qalır. Hazırda aviaşirkət İstanbul, Ankara, İzmir, Antalya, Bodrum, Trabzon, Dalaman, Adana və Qars istiqamətlərinə müntəzəm reyslər həyata keçirir. Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!