Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinin bir neçə üzvü Türkiyədə “Baykar” şirkəti tərəfindən təşkil edilən “AKINCI pilotsuz uçuş aparatını idarəetmə kursu”ndan məzun olublar.
Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyi məlumat yayıb.
Hərbçilər “Bayraktar AKINCI” hücum pilotsuz uçuş aparatının idarəedilməsi bacarığına yiyələniblər. Marqarita pizza
Mərasim Azərbaycan Səfirliyi və hərbi attaşelərin şəxsi heyətinin iştirakı ilə keçirilib.
Telegram kanalımız