Azərbaycan-İran Müştərək Texniki Komissiyasının iclası keçirilir

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan-İran Müştərək Texniki Komissiyasının iclası keçirilir

Sosial

11 İyul 2023 12:32 491


“Ordubad” və “Marazad” su elektrik stansiyalarının tikintisi üzrə yaradılan Azərbaycan-İran Müştərək Texniki Komissiyasının iclası başlayıb.

Yenisabah.az Report-a istinadla xəbər verir ki, Azərbaycan nümayəndə heyəti toplantıda iştirak etmək üçün İranda səfərdədir.

Nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı idarəsinin rəisi Vüsal Ələkbərli, Naxçıvan Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev və digər rəsmi şəxslər daxildir. pizza

İclasda “Ordubad” və “Marazad” su elektrik stansiyaları, o cümlədən, “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyalarının tikintisinin başa çatdırılması üçün atılacaq növbəti addımlar müzakirə olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!