Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Azərbaycan mövcud vəziyyətlə kifayətlənməyəcək” - Akopyan erməniləri dürüst olmağa çağırdı
14 Sen 2021 18:23
8239

“Azərbaycan mövcud vəziyyətlə kifayətlənməyəcək” - Akopyan erməniləri dürüst olmağa çağırdı

“Azərbaycan həmişə İran maşınlarının Dağlıq Qarabağa daxil olmasından şikayətlənib. Yəni bu yeni bir hadisə deyil. Onlar prosesi öz nəzarətlərinə götürmək istəyirlər. Bu addım isə İrana yox, Ermənistan Respublikasına qarşıdır.  İran üçün kiçik bir bazar olduğumuzu nəzərə alsaq, İran maşınları Ermənistana və Dağlıq Qarabağa girməsə, bundan ilk növbədə biz əziyyət çəkəcəyik. Yəni o yüzlərlə, minlərlə, on min İran maşın əraziyə girməsə, əziyyət çəkən tərəf, mütləq  ki, biz olarıq”.

Yenisabah.az erməni KİV-nə istinadən xəbər verir ki, bunu Ermənistanın "Ani" araşdırma mərkəzinin koordinatoru Tatul Akopyan deyib. O, Azərbaycanın mövcud vəziyyətlə kifayətlənməyəcəyini də vurğulayıb:

“Tək-tək yoxlamalar keçirəcək, hətta oradan əsir də götürə bilər. Bunları istisna etmirəm, çünki həmin yol bu gün onlara aiddir, onların nəzarətindədir, ona görə də əllərindən gələni edəcəklər. Burada  Rusiyanın ləyaqət məsələsi də var, Azərbaycanın isə bu məsələdə nə qədər irəliləyə biləcəyini bilmirik. Biz aydın görürük ki, son vaxtlar Rusiya ilə Azərbaycan arasında ciddi problem yaranıb. Bu, ilk növbədə sülhməramlıların mandatı ilə bağlıdır. Xəbər agentliklərinin anonim mənbələrinə görə, onlar mandatla bağlı razılığa gələ bilmirlər. Muradov getməzdən əvvəl dedi ki, beş ildən sonra buranı tərk etməyəcəyik. Ona görə də Azərbaycanın addımı bu gün  təkcə ermənilərə, İrana, Rusiyaya deyil, bütövlükdə, hamısına qarşıdır. Azərbaycan artıq dişlərini göstərir. Nəyi nə qədər bacaracağını zaman göstərəcək. Bizim isə alternativ bir yola ehtiyacımız var”.

Akopyan Ermənistan Parlamentindəki çıxışların demaqogiya olmasından da söz açıb:

“Bizim parlamentdəki çıxışlarımız sadəcə demaqogiyadır və hakimiyyəti tənqid etmək üçün yaxşı səslənir. Ancaq hazırda bizə həll lazımdır. Çünki Ermənistanın suveren ərazisindən Azərbaycan ərazisi vasitəsilə başqa bir suveren əraziyə keçə bilmərik. Bizimkilər isə bunu anlamaq istəmir. Dürüst olaq və demaqogiyadan qaçaq. Birinci Qarabağ müharibəsi dövründə onların nə etdiklərini yaxşı xatırlayıram. Bildirim ki, 1993-cü ilin avqust-sentyabr aylarında, keçmiş Sovet Azərbaycanın Qubadlı bölgəsini erməni qüvvələri nəzarətə götürənə qədər o yol onsuz da bağlı idi. Həmin vaxt biz Tatın daxili yolundan istifadə edirdik. 1993-cü ildən sonra isə azərbaycanlıları təxminən yüz kilometr geri çəkdik və sakitcə həmin yoldan istifadə etdik. Lakin illər sonra 44 günlük müharibədə biz məğlub olduq və hər şey əvvəlki vəziyyətinə qayıtdı. Doğrudur, 9-10 noyabr tarixlərində Azərbaycan o ərazilərə yaxınlaşmırdı, on-on beş kilometr geridə idi, amma artıq yaxınlaşıblar, bu, reallıqdır. Bir həqiqət də var ki, sovet dövründə həmin ərazilər Azərbaycanın tərkibində olub”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər