Azərbaycan nümayəndə heyəti Daşkənddə

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan nümayəndə heyəti Daşkənddə

İqtisadiyyat

07 Sentyabr 2026 16:28 85


Özbəkistanın paytaxtı Daşkənddə Ümumdünya Gömrük Təşkilatının (ÜGT) 7-ci Qlobal Kinoloji Forumu start götürüb.

 “Yeni Sabah” xəbər verir ki, tədbirdə Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil olunur.

Müvafiq qurumlar və tərəfdaşlar üçün təcrübə bölüşmə platforması rolu oynayan beynəlxalq forumda xidməti itlərin aşkarlama imkanlarının elmi əsasları, alternatvlərin tətbiqi, kinologiya bölmələrinin fəaliyyətindəki son trendlər və mövcud potensialdan effektiv istifadə məsələləri diqqət mərkəzindədir. Dördpendirli pizza

İki günlük proqram çərçivəsində ÜGT-nin kinoloji hazırlıq üzrə təlimat toplusu ilə Regional Kinoloji Təlim Mərkəzləri üçün akkreditasiya standartlarının təqdimatı, həmçinin Özbəkistanın müvafiq təlim mərkəzinə baxış keçirilməsi planlaşdırılır.

Cəlalə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!