Azərbaycan Ordusu BMT TŞ-nin 822 saylı qətnaməsini icra etdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Ordusu BMT TŞ-nin 822 saylı qətnaməsini icra etdi

Siyasət

25 Noyabr 2020 10:17 751


Azərbaycan Respublikası, Rusiya Federasiyası prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən, Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub. 

Bu barədə Yenisabah.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bununla da Azərbaycan Resbublikası BMT Təhlükəsizlik Şurasının daha bir sənədini - 27 ildən çoxdur icra olunmayan 822 saylı qətnaməsini icra etmiş oldu. Sezar pizza

Xatırladaq ki. BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsi Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi səbəbi ilə qəbul olunmuşdu. Qətnamə əsasən Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın tarixi ərazisi olan Kəlbəcər rayonunu işğal etməsindən sonra 30 aprel 1993-cü il tarixində qəbul olunmuşdu.

Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər rayonundan dərhal çıxarılmasını tələb edilirdi. Kəlbəcər rayonu 2 aprel 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfinsən işğal olunmuşdu.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!