“Azərbaycan Ordusu uğurlu hərbi əməliyyatlar keçirir” - Gürcüstan parlamentinin deputatı
28 Sen 2020 03:29
500

“Azərbaycan Ordusu uğurlu hərbi əməliyyatlar keçirir” - Gürcüstan parlamentinin deputatı

“Azərbaycanın öz ərazi bütövlüyünün bərpa olunması yönündə apardığı uğurlu hərbi əməliyyatlar onu deməyə əsas verir ki, bölgəmizdəki bu kimi münaqişələr tezliklə öz həllini tapmalıdır”.

Yenisabah.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyev bildirib.

Onun sözlərinə görə, münaqişələr həll olunmadığı halda silaha əl atmaq məcburiyyətində qalınır: “Bu gün Abxaziyanın işğal olunduğu gündür. Təəssüflər olsun ki, Gürcüstan da separatizmdən əziyyət çəkən dövlətlər sırasındadır.  Azərbaycanın ərazi bütövlüyünün bərpasının tez bir zamanda Gürcüstanın ərazi bütövlüyü məsələsinin həllinə yol açacağına inanıram”.  /Report

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər