Azərbaycan ordusunda andiçmə mərasimləri keçirildi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan ordusunda andiçmə mərasimləri keçirildi - Fotolar

Sosial

08 Noyabr 2021 18:59 1050


Müdafiə nazirinin təsdiq etdiyi illik hazırlıq planına əsasən, noyabrın 8-də Azərbaycan ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.

Müdafiə Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, mərasimlərdə Azərbaycan Respublikasının Dövlət himni səslədirilib, gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər.

Sonra Müdafiə Nazirliyinin nümayəndələri və hərbi hissələrin komandanlıqları gənc əsgərləri Hərbi andı qəbul etmələri münasibəti ilə təbrik edib, xidmətlərində nizam-intizamlı, vicdanlı və cəsarətli olmağı, həvalə edilmiş silah və texnikanı dərindən öyrənməyi, Vətənə olan əsgəri borcunu ləyaqətlə yerinə yetirməyi arzulayıblar. Dominos pizza

Yekunda şəxsi heyət təntənəli marşla tribuna önündən keçib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!