Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Azərbaycan Qarabağdakı erməni silahlılarına qarşı lokal əməliyyatlar həyata keçirməlidir“
02 Avq 2021 14:39
588

“Azərbaycan Qarabağdakı erməni silahlılarına qarşı lokal əməliyyatlar həyata keçirməlidir“

“Bu gün Ermənistandakı parlament iclasında N.Paşinyanın Baş nazirliyə namizədliyi irəli sürülüb və prezident Armen Sarkisyan tərəfindən sərəncam verilməklə o, Baş nazir təyin olunub. Artıq N.Paşinyan rəsmən ölkənin Baş naziri olaraq 10 noyabr və 11 yanvar razılaşmlarına əməl edərək ölkəni blokadadan çıxarmaq, iqtisadi inkişafa nail olaraq Azərbaycan və Türkiyə ilə əlaqələri bərpa etmək hüququndadır. Lakin N. Paşinyanın buna tezliklə gedəcəyi mümkün görünümür”.

Yenisabah.az xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib. O qeyd edib ki, N. Paşinyan ilk növbədə  ölkəsində Rusiyanın mövqelərini zəiflətməyə çalışacaq:

“Həmçinin Azərbaycanla sərhəddə təxribatlara əl atacaq. Qarabağda separtizmə dəstək verərək status məsələsini ilkin şərt olaraq ortaya qoyacaq. Həmçinin Ermənistandan tezliklə sülh müqaviləsinə və nəqliyyat əlaqələrinin bərpasına gedəcəyini gözləməməliyik. Çünki Rusiya da burada maraqlı deyil. Rusiya yalnız Azərbaycan onun orbitində yer almaqla mümkün razılaşmalara işıq yandıracağı mesajlarını verir. Ötən gün V.Jirinoviskinin Azərbaycana qarşı təhdidləri bu siyasətin tərkib hissəsidir”.

Siyasi şərhçi hesab edir ki,  Ermənistanla üç tərəfli imzalanan sənədlərin sənəd olaraq qalmaq ehtimalı var:

“Həmçini sərhədlərin delimitasiya və demarkasiyasında da erməni tərəfi danışıqlarda maraqlı olmayacaq. Rusiya da Ermənistan və Azərbaycanla normallaşma sürəcinə imkan verməyəcək. Xüsusilə 10 noyabr və 11 yanavar razılaşmalarının konkret olaraq Rusiyanın maraqları çərçivəsində kağız üzrində qalması mümkündür. Ona görə də Azərbaycan sərhəddə maksimum Ermənistana təzyiq etməli, Qarabağdakı erməni silahlı birləşmələrinə qarşı mümkün lokal əməliyyatlar həyata keçirməlidir.

N.Paşinyan Baş nazir olaraq rəsmi vəzifəsinə başlayır. Azərbaycan Ermənistandan mümkün razılaşmalara əməl edilməsini tələb etməlidir. Ermənistanın dövlət sərhədində təxribatlarına qarşı ciddi əks həmlə ilə sülhə məcbur etmə əməliyyatları olmalıdır. Belə olmayacağı təqdirdə Azərbaycana mümkün şəkildə şərtlər irəli sürüb Qərbin dəstəyi ilə vəziyyəti dəyişməyə cəhd edəcək. Amma buna nail olması mümkün görünmür. Rusiyanın mövqeyinə gəldikdə isə bundan sonra Ermənistan hakimiyyəti ilə Rusiya rəhbərliyi arasında problemlərin baş verməsi gözlənilir. Prezident İlham Əliyev bu imkanlardan istifadə edib Ermənistanı razılaşmalara əməl edilməsinə sövq edə bilər”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər