2024-cü ildə Azərbaycan turist axınının artacağını gözləyir və Rusiyadan 600 mindən çox turist qəbul etmək niyyətindədir.
Yenisabah.az xəbər verir ki bunu Mineralnıye Vodıda keçirilən XII Rusiya-Azərbaycan regionlararası forumu çərçivəsində Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev deyib.
“2024-cü ildə rusiyalı turistlərin sayı 600 min nəfərdən çox olacaq. Pandemiyadan əvvəl bu rəqəm 1 milyon nəfər idi. Düşünürəm ki, yaxın gələcəkdə biz bu rəqəmə də nail olacağıq”. Dominos pizza
Ş. Mustafayevin sözlərinə görə, Rusiya ilə ikitərəfli münasibətlərin mühüm tərkib hissəsi hər iki ölkənin önəm verdiyi regionlararası əməkdaşlıqdır.
Qeyd edək ki, 2023-cü ildə Azərbaycana 2,086 milyon xarici vətəndaş (187 ölkədən) səfər edib ki, bu da 2022-ci illə müqayisədə 30,2 % çoxdur. Onlardan 30 %-i Rusiyadan gəliblər.
Telegram kanalımız