“Azərbaycan Silahlı Qüvvələri düşmənə ağır zərbələr endirir”  - Prezidentin köməkçisi
27 Sen 2020 19:09
659

“Azərbaycan Silahlı Qüvvələri düşmənə ağır zərbələr endirir” - Prezidentin köməkçisi

Azərbaycan Silahlı Qüvvələri qoşunların təmas xətti boyunca erməni təxribatının qarşısının alınması və işğal edilmiş torpaqların azad edilməsi istiqamətində fəaliyyətini davam etdirir və düşmənə ağır zərbələr endirir.

Yenisaba.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, Azərbaycan Silahlı Qüvvələri beynəlxalq humanitar hüququn tələblərini əsas götürərək öz fəaliyyətini həyata keçirməkdədir, heç bir mülki obyekti hədəfə almır.

O qeyd edib ki, ermənilər mülki obyektləri hədəf götürməyə cəhd edir: “Ermənilər belə bir dezinfomasiya yayıb ki, guya sərhəddə də döyüşlər davam edir. Bu tamamilə yanlışdır, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək istiqmətində iş aparır. Vəziyyətin gərginləşməsində bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər