Azərbaycan-Türkiyə birgə peşə məktəblərinin fəaliyyətə başlayacağı vaxt açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan-Türkiyə birgə peşə məktəblərinin fəaliyyətə başlayacağı vaxt açıqlandı

Sosial

02 İyul 2022 15:26 868


“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol artıq hər iki ölkənin prezidentləri səviyyəsində təsdiqlənib. Protokola əsasən, Bakı şəhəri və Qəbələ rayonunda iki peşə təhsili mərkəzi birgə idarə olunacaq”.

Yenisabah.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Peşə Təhsili üzrə Agentliyin direktoru vəzifəsini müvəqqəti icra edən, direktor müavini Ceyhun Kərəmov bildirib.

Ceyhun Kərəmov deyib ki, peşə təhsili müəssisələrində 10-a yaxın ixtisas olacaq: pizza mizza

“Bu ixtisasları sırasına aşpazlıq, İT texnologiyaları, dizayn, tekstil və digərləri daxildir. Sözügedən sahələrdə birgə təhsil proqramları olacaq. Təhsil proqramları Türkiyə standartları nəzərə alınmaqla, Azərbaycan təhsil sisteminə uyğunlaşdırmaqla həyata keçiriləcək. Məqsədimiz bu il və növbəti təhsil ilində bu istiqamətdə fəaliyyəti həyata keçirməkdir. Artıq bununla bağlı işlərə start verilib. Bakı şəhərində yeni peşə məktəbi tikilməyə başlanılıb və gələn ildən tələbə qəbulu həyata keçirməyə başlayacağıq. Qəbələ rayonunda isə hazırda araşdırma aparırıq. Ola bilər ki, ya bu il, ya gələn il orda da qəbula başlanılsın”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!