Azərbaycan-Türkiyə III Enerji Forumunda iqlim dəyişmələri müzakirə olunub

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan-Türkiyə III Enerji Forumunda iqlim dəyişmələri müzakirə olunub

Sosial

30 Sentyabr 2023 09:41 400


 Azərbaycan-Türkiyə III Enerji Forumu və “Naxçıvan - Yaşıl Enerji Zonası” Beynəlxalq Konfransı çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin iqlim dəyişikliyi və ətraf mühit naziri Mariam Mohammed Almheiri və ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva iqlim dəyişmələri sahəsində əməkdaşlıq məsələrini müzakirə ediblər. 

Görüşdə, Birləşmiş Ərəb Əmirliklərində noyabr ayının sonunda keçiriləcək İqlim Dəyişmələri üzrə 28-ci Konfrans (COP28) ərəfəsində birgə fəaliyyət istiqamətləri, "yaşıl" inkişafa keçid perspektivləri, Paris Sazişi ilə bağlı məqsədlərə nail olunması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycanın COP 28-də ölkə pavilyonu ilə iştirakının nəzərdə tutulduğu qonaq tərəfindən yüksək qiymətləndirilib.  pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!