“Azərbaycan universitetlərinin əksəriyyətində durğunluq hökm sürür“   - Deputat

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan universitetlərinin əksəriyyətində durğunluq hökm sürür“ - Deputat

Sosial

29 Sentyabr 2021 15:07 1109


“Bu gün tələbələr ali məktəblərdə ənənəvi dərslərə başlayırlar. Onlara uğurlar arzu edirəm. Universitetlər dünyada elm və təhsil sahəsində baş verən yeniliklərlə ayaqlaşmalıdırlar”. 

Yenisabah.az xəbər verir ki, bu sözləri tanınmış təhsil eksperti, deputat Etibar Əliyev öz “Facebook” səhifəsində yeni tədris iliylə bağlı tələbələri təbrik edərkən bildirib. Ekspert həmçinin təhsildə olan mövcud problemləri şərh edib.

Millət vəkilinin fikrincə, tədrisdə gecikmələr bu sahəyə öz dərin təsirini göstərib: pizza

“Yəqin ki, heç kim tərəddüd etməz, universitetlərimizin əksəriyyətində durğunluq hökm sürür. Cəmi 2-3 universitetdə islahatların aparılması, yeniliklərə imza atılması, ümumi müqayisədə aşağı göstəricidir. Özəl təhsil sistemi böhran içərisindədir. Universitetlərin vəzifələri və missiyaları haqqında aydın təsəvvürlər yoxdur”

E. Əliyev hesab edir ki, universitet tədqiqatları aşağı səviyyədədir:

“Təbiət və fundamental elmlərdə texnoloji uçurum öz təsirini göstərib. Tələbə qəbulunun nəticələrindən başqa heç bir göstərici önə çəkilmir. Yüksək nəticə göstərən tələbələr bir müddətdən sonra təhsillərini başqa ölkələrdə davam etdirmək istəyirlər.”

Milli Məclisinin deputatı bildirib ki, universitet haqqında olan təsəvvürlərimiz yenilənməlidir:

“Universitet fundamental məsələləri həll etmək üçün ən rahat məkan olmaqla yanaşı, həm də alternativ dəyərlər sistemi yaratmalıdır. Universitetin digər ictimai institutlardan əsas fərqləndirici cəhəti, onun əmək bazarına və insan kapitalının inkişafına cavabdehlik daşımasıdır. Universitet elmi öz həyatını yaşamalı və özü prioritetlərini müəyənləşdirməlidir.”

Alimin sözlərinə görə, universitetlər özünəməxsuluğu ilə seçilən mədəni, sosial-iqtisadi və fiziki əhatəsindən faydalanmalıdır. Kampus məhdudiyyəti bu prinsipin həyata keçməsinə imkan vermir.

O bildirib ki, distant təhsilin keyfiyyətinin ənənəvi təhsilə yaxınlaşdırılması istiqamətində texnoloji və məzmun istiqamətində yeniliklərə imza atmalıdırlar:

“Universitet kitabxanaları daima yenilənməli, universitetlərarası kitabxabna kommunikasiyası yaradılmalı, elektron kitabxana özünəməxsusluğu ilə seçilməlidir. Universitetlər cəmiyyətə transformasiya olunmalı, sosial dəyişikliklərin katalizatoru funksiyasını daşımalıdırlar.”

Təhsil eksperti onu da vurğulayıb ki, universitetlər akademik imbridinqi (öz məzunlarının işə götürülməsi) genişləndirməlidir:

“Universitetlər sahibkarlıq təşəbbüslərini dəyərləndirməli, öz bilik tutumlarını tətbiq etməli, innovasiyaları rəğbətləndirməlidir. Universitetlər tədqiqatları ilə praktik məsələləri (tədqiqatların tətbiqini) həll etməli, elmin populyarlaşdırılmasında maraqlı olmalıdırlar.”

Mütəxəssis əlavə edib ki, tələbələrə uğurlarını təqdim etməyə imkanlar yaratmalı, hər bir tələbənin uğuru qiymətləndirilməlidir:

“Tələbələr müəllimlərin mühazirələri ilə kifayətlənməməlidirər. İxtisasları üzrə yeni ədəbiyyatları axtarıb, tapmalı və bilik dairələrini genişləndirməlidirlər. Təəssüflər olsun ki, müəllimlərin böyük kəsimi  illər boyu mühazirələrini yeniləmirlər.” – deyə ekspert fikirlərini tamamlayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!