Azərbaycan və erməni postları bu kəndi 2 yerə bölür   - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan və erməni postları bu kəndi 2 yerə bölür - Foto

Sosial

05 Aprel 2021 12:56 1271


Fransanın “France24” telekanalı Qarabağın Tağaverd kəndindən reportaj hazırlayıb.

Yenisabah.az xəbər verir ki, reportajda kənddə Azərbaycan Ordusunun və erməni separatçılarının bir-birindən 50 metr məsafədə qurduqları postlar aydın görünür.

Xocavənd rayonuna aid olan Tağaverd kəndi 44 günlük müharibə zamanı ağır döyüşlərə meydan olub. Kəndin yuxarı hissəsi Azərbaycan Ordusu tərəfindən azad olunsa da, aşağı hissəsi separatçıların nəzarətində qalıb.

Modern.az-ın yazdığına görə, Tağaverd kəndində sülhməramlılar tərəfindən daimi post qurulmayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!