Mayın 1-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi arasında telefon danışığı olub.
“Yeni Sabah” xəbər verir ki, bu barədə İran XİN məlumat yayıb.
Nazirlər Yaxın Şərqdəki cari vəziyyəti müzakirə ediblər.
Qeyd edilib ki, A.Əraqçi həmçinin Türkiyənin xarici işlər naziri Hakan Fidanla da telefon danışığı aparıb.
O, Yaxın Şərqin bir sıra ölkələrinin - Misir, Qətər, Səudiyyə Ərəbistanı və İraqın XİN başçıları ilə də telefon danışıqları baş tutub.
Məlumata görə, bu əlaqələr çərçivəsində Əraqçi həmkarlarına İranın ABŞ və İsrail tərəfindən ölkəsinə qarşı hərbi əməliyyatların dayandırılmasına yönəlmiş son mövqeləri və təşəbbüsləri barədə məlumat verib.
Telegram kanalımız