Azərbaycan və Ruanda arasında saziş təsdiqləndi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan və Ruanda arasında saziş təsdiqləndi

Rəsmi

01 Dekabr 2025 16:36 1318


“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Ruanda Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiqlənib.

"Yeni Sabah" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Saziş 2025-ci il sentyabrın 20-də Bakı şəhərində imzalanıb. pizza hut

Fərmana əsasən, Sazişin müddəalarının icrasını Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi təmin edəcək. Həmçinin qeyd edilir ki, Azərbaycan Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün tələb olunan dövlətdaxili prosedurların tamamlandığı barədə Ruanda Hökumətinə müvafiq bildiriş göndərməlidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!