Azərbaycan vətəndaşlarının olduğu gəmi dron hücumuna məruz qalıb   - RƏSMİ

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan vətəndaşlarının olduğu gəmi dron hücumuna məruz qalıb - RƏSMİ

Hadisə

15 İyul 2026 00:35 38


Ukraynanın Odessa sahilləri yaxınlığında yerli vaxtla saat 15 radələrində Türkiyənin "Okean Maritime" şirkətinə məxsus Atlas Bey adlı mülki ticarət gəmisi dron hücumuna məruz qalıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbacan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.

"Gəmidə ekipaj üzvlərindən 11-i Azərbaycan Respublikasının vətəndaşıdır. Məlumata görə, Azərbaycan vətəndaşı olan gəmi kapitanı istisna olmaqla, ekipajın digər üzvləri Odessa şəhərində sahilə çıxarılıb. Onların vəziyyəti qənaətbəxş qiymətləndirilir", - bəyanatda bildirilib. Pepperoni pizza

Gəmi kapitanının axtarışı istiqamətində tədbirlər görülür. Azərbaycanın Ukraynadakı Səfirliyi aidiyyəti qurumlarla daimi əlaqə saxlayır, Azərbaycan vətəndaşlarına zəruri konsulluq dəstəyinin göstərilməsi istiqamətində müvafiq tədbirlər görür.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!