Azərbaycan WUF13-ün yekunlarını Niderlandda təqdim edib

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan WUF13-ün yekunlarını Niderlandda təqdim edib

Sosial

27 May 2026 17:20 79


Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) yekunları Azərbaycan Niderlanddakı səfirliyinin 28 may Müstəqillik Günü münasibətilə təşkil etdiyi rəsmi qəbulda təqdim olunub.

"Yeni Sabah" səfirliyə istinadən xəbər verir ki, tədbirdə Niderlandın Kral Sarayının, hökumətinin və parlamentinin nümayəndələri, beynəlxalq təşkilatların, diplomatik korpusun, iş və elmi dairələrin, medianın, dini icmaların, eləcə də Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Diplomatik nümayəndəliyin rəhbəri Məmməd Əhmədzadə çıxışında Azərbaycanın regional lider mövqeyini möhkəmləndirdiyini və beynəlxalq arenada artan nüfuza malik orta dövlət kimi yer tutduğunu bəyan edib. O, həmçinin ölkənin ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasını qeyd edib. pizza sifarişi

Bundan əlavə, səfir Azərbaycan və Niderland arasında siyasi dialoqların inkişafına, görüşlərin və qarşılıqlı səfərlərin sayının artmasına, ticarət-iqtisadi əlaqələrin və humanitar mübadilələrin genişlənməsinə diqqət çəkib.

Əhmədzadə, həmçinin WUF13-ün Bakıda uğurla keçirildiyini vurğulayıb və bu forumda Niderland nümayəndə heyətinin iştirakını yüksək qiymətləndirib.

Səfir, eyni zamanda, Niderlandda keçirilən tədbirlərdə Azərbaycan bayrağının nümayiş etdirilməsini dostluq münasibətlərinin təzahürü adlandırıb.

Niderland XİN-in Avropa üzrə direktoru Erik Veststrate çıxışında Azərbaycanı Niderlandın mühüm tərəfdaşı adlandırıb.

O, həmçinin Yaxın Şərqdəki gərginlik fonunda Niderland diplomatlarının İrandan Azərbaycan ərazisi vasitəsilə təxliyəsinə göstərilən köməyə görə Niderland xarici işlər naziri adından Azərbaycan hökumətinə minnətdarlığını ifadə edib.

Daha sonra WUF13-ə həsr olunmuş videoprezentasiya təqdim olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!