“Azərbaycan xalqını soymaqla məşğuldurlar” - Deputat

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan xalqını soymaqla məşğuldurlar” - Deputat

Sosial

24 Yanvar 2023 11:56 877


Ötən sessiyada qeyd etdiyimiz kimi, dərmanların qiymət artımı problemli məsələdir. 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Əli Məsimli bildirib. 

Onun sözlərinə görə, süni qiymət artımının qarşısının alınması üçün Rəqabət Məcəlləsi qəbul edilməlidir.  Sezar pizza

"İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi bununla bağlı sanballı sənəd hazırlanıb. Ümid edirəm ki, bu, müəyyən mənada məsələyə yardımçı olacaq. Bu istiqamətdə komitədə ictimai dinləmənin keçirilməsi vacibdir. Süni şəkildə qiymətlərin artırılması, Azərbaycan xalqının rifahına təsir edir. Azərbaycan xalqını soymaqla məşğuldurlar. Bunun qarşısını almaq üçün Rəqabət Məcəlləsi qəbul edilməlidir. Bildirm ki, qiyməti artıranlar cəzalandırılmayacağına qədər buna davam edəcəklər”,- deyə deputat vurğulayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!