Azərbaycan xaricdən ət alışını artırdı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan xaricdən ət alışını artırdı

İqtisadiyyat

19 Oktyabr 2026 13:57 85


Azərbaycana xarici ölkələrdən gətirilən ətin həm miqdarında, həm də statistik dəyərində artım qeydə alınıb. 

“Yeni Sabah” xəbər verir ki, 2026-cı ilin ilk 9 ayı ərzində ölkəyə 37 min 939.03 ton ət idxal olunub. Bu idxalın statistik dəyəri 89 milyon 366.74 min dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0.67% artım deməkdir.

Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında ölkəyə 33 min 320.97 ton ət gətirilmişdi. Həmin dövrdə həyata keçirilən ət idxalının statistik dəyəri 75 milyon 768.74 min dollar olmuş, ümumi idxaldakı xüsusi çəkisi isə 0.45% təşkil etmişdi. Toyuqlu pizza

Rəqəmlərdən göründüyü kimi, illik müqayisədə ölkəyə gətirilən ətin fiziki həcmində 4 min 618 ton, maliyyə dəyərində isə 13 milyon 598 min dollardan çox artım baş verib. 

Cəlalə Cəlalqızı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!