Azərbaycan XİN Zaxarovanın cavabını verdi: “İzahat gözləyirik”

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan XİN Zaxarovanın cavabını verdi: “İzahat gözləyirik”

Siyasət

23 Mart 2026 16:05 1338


Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova son mətbuat brifinqi zamanı Ermənistanın Baş naziri Nikol Paşinyanın din xadimləri ilə bağlı səsləndirdiyi fikirinə dair suala cavab verərkən, mövzu ilə heç bir əlaqəsi olmayan şəkildə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin adını hallandırmağa cəhd etməsi qəbuledilməzdir.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarovanın son brifinq zamanı səsləndirdiyi qeyri-məqbul fikirlərinə dair şərhində bildirilib.

O qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin adının bu şəkildə xatırlanması onun irsinə və Azərbaycan xalqına qarşı hörmətsizlikdir: "Bu cür açıqlamalar rəsmi nümayəndədən gözlənilən standartlara uyğun gəlmir. Diplomatiya gərginliyi artıran və etibarlılığı zədələyən yersiz bəyanatlar deyil, intizam, dəqiqlik və məsuliyyət tələb edir. Rusiya tərəfindən bu açıqlama ilə bağlı izahat gözləyirik". Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!