Azərbaycana 165 mindən çox əcnəbi gəlib - Hesabat

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycana 165 mindən çox əcnəbi gəlib - Hesabat

Sosial

20 Fevral 2024 14:02 389


Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2024-cü ilin yanvar ayında Azərbaycan dünyanın 152 ölkəsindən 165,8 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Gələnlərin 27,5 faizi Rusiya Federasiyası, 19,8 faizi Türkiyə, 9,7 faizi İran, 6,1 faizi Hindistan, 4,9 faizi Gürcüstan, 3,5 faizi Səudiyyə Ərəbistanı, 2,9 faizi Qazaxıstan, 2,7 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,5 faizi Pakistan, 2,4 faizi Küveyt, 2,0 faizi Özbəkistan, 1,8 faizi Oman, 1,5 faizi Türkmənistan, 1,3 faizi Ukrayna, 1,0 faizi Belarus, 10,4 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 74,2 faizini kişilər, 25,8 faizini qadınlar təşkil edib. Dominos pizza

2023-cü ilin yanvar ayı ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 35,1 faiz artaraq 147,7 min nəfər olub. Rusiya Federasiyasına gedən Azərbaycan vətəndaşlarının sayı 37,0 faiz, Gürcüstana gedənlərin sayı 36,9 faiz, Türkiyəyə gedənlərin sayı 29,3 faiz, İrana gedənlərin sayı 23,0 faiz artıb.

Ölkə vətəndaşlarının 36,6 faizi Türkiyəyə, 22,0 faizi Rusiya Federasiyasına, 10,6 faizi Gürcüstana, 8,2 faizi İrana, 22,6 faizi digər ölkələrə səfər etmişdir. Gedənlərin 67,7 faizini kişilər, 32,3 faizini qadınlar təşkil edib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!