“Azərbaycana xaricdən gətirilən avtomobillərin idxal qiyməti bahalaşıb. Bu ilin yanvar-sentyabr aylarında 1 ədəd nəqliyyat vasitəsinin orta idxal qiyməti 16,5 min dollar olub. Ötən ilin eyni dövründə isə 1 ədəd nəqliyyat vasitəsinin orta idxal qiyməti 13,4 min dollar təşkil edib. Beləliklə, bu il 1 ədəd nəqliyyat vasitəsinin orta idxal qiyməti illik müqayisədə 3 min dollardan çox bahalaşıb. İdxal qiymətin bahalaşmasının bir sıra səbəbləri var. Əsas səbəb dünyada avtomobillərin istehsal qiymətinin yüksəlməsidir”.
Bunu Bakupost.az -a açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli deyib.
O qeyd edib ki, əvvəllər daha çox istismar müddəti 10 ildən çox olan avtomobillər ölkəyə idxal edilirdi və bunların da dəyəri çox aşağı idi: pizza sifarişi
"Bu il isə istismar müddəti 10 ildən çox olan avtomobillərin Azərbaycana idxalı qismən məhdudlaşdırılıb. Yeni maşınlar isə bahadır. İdxal qiymətinin artmasının digər səbəbi dünyada avtomobillərin istehsal qiymətinin yüksəlməsidir. Bundan başqa, yalnız elektrik mühərrikli nəqliyyat vasitələrinin ölkəyə idxalı kəskin artıb ki, bunların da dəyəri bahadır".
Ekspertin dediyinə görə, böyük ehtimal ki, bazarda xaricdən gətirilən avtomobillərin orta satış qiyməti yüksələcək.
Telegram kanalımız