Azərbaycana gətirilən ukraynalı uşaqların reabilitasiyasına başlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycana gətirilən ukraynalı uşaqların reabilitasiyasına başlanıldı

Sosial

04 Avqust 2023 15:41 687


Ukraynadakı vəziyyətlə əlaqədar zərərçəkən və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gətirilərək düşərgələrə yerləşdirilən 30 ukraynalı uşaq mütəxəssislər tərəfindən müxtəlif reabilitasiya tədbirlərinə cəlb olunub.

Yenisabah.az APA-ya istinadla xəbər verir ki, Bakı şəhərindəki düşərgədə uşaqlar üçün art-terapiya və peşəkar psixoloq tərəfindən fərdi konsultasiyalar təşkil edilib.

Daha sonra uşaqlar üçün Bakı şəhərinin qısa tanışlıq turu təşkil edilib. Onlar İçərişəhər və Şirvanşahlar saray kompleksi, həmçinin Qız Qalası ilə tanış olmaq və burada maraqlı vaxt keçirmək imkanı əldə ediblər. Dördpendirli pizza

Növbəti günlərdə onların Bakıda və bölgələrimizdə bir sıra qrup terapiyaları, meditasiya və yoqa məşğələləri, eyni zamanda psixo-sosial təlimlər, ingilis dili kursları, milli rəqslər, həmçinin digər ustad dərslərinə cəlb olunması nəzərdə tutulur. Düşərgə iştirakçıları Şamaxı, Qəbələ, Şəki şəhərlərinin tarixi və görməli yerləri ilə də tanış ediləcək.

14 günlük sosial reabilitasiya proqramı çərçivəsində uşaqların emosional vəziyyətlərinin stabilləşməsinə, eləcə də cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək göstəriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!