Azərbaycana hibrid avtomobillərin idxalında ciddi artım var

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycana hibrid avtomobillərin idxalında ciddi artım var

Sosial

08 Sentyabr 2022 09:34 835


Qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq, ekoloji təmiz elektrik və hibrid avtomobilləri, onların istifadəsi üçün zəruri olan enerji doldurucularının idxalı və satışına edilən bir sıra maliyyə güzəştlərinin tətbiqi nəticəsində  ölkəmizdə ekoloji təmiz nəqliyyat vasitələrinin sayında artım olub. 

ETSN-in Ekoloji Siyasət Şöbəsinin müdiri Faiq Mütəllimov Yenisabah.az-a bildirib ki, 2022-ci ilin 8 ayı ərzində ölkə ərazisinə idxal olunan avtomobillərin 8 201 ədədini, yəni təxminən 18 faizini hibrid nəqliyyat vasitələri təşkil edib.

“Bu il ərzində idxal olunan hibrid nəqliyyat vasitələri ötən il ilə müqayisədə 958 ədəd (13 faiz) çox olub. Elektrik mühərrikli nəqliyyat vasitələri isə 215 ədəd, yəni 2021-ci il ilə müqayisədə təxminən 4,5 dəfə çox idxal olunub." pizza

Nazirlik rəsmisi onu da qeyd edib ki, bu il yanvar ayının 1-dən etibarən elektrik mühərriki ilə işləyən avtomobillər və istehsal tarixi 3 ildən çox olmayan, mühərrik həcmi kiçik olan hibrid avtomobilləri, həmçinin onların istifadəsi üçün enerji doldurucularının idxalı və satışı ƏDV-dən azad edilib.

“Ekoloji təmiz nəqliyyat vasitələrindən, həmçinin ekoloji təmiz yanacaqdan istifadəni genişləndirmək istiqamətində görülən tədbirlər Azərbaycanda  ətraf mühitə və xüsusilə atmosfer havasının keyfiyyətinə müsbət təsir göstərəcə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!