Azərbaycanlı bloqer Tural Məmmədov Rusiyaya ekstradisiya edilib.
Yenisabah.az “Kommersant”a istinadla xəbər verir ki, Rusiya Baş Prokurorluğunun tələb etdiyi 18 yaşlı bloqer və “Jizn brodyaqi” Telegram kanalının administratoru Cinayət Məcəlləsinin 213-cü maddəsinin 2-ci bəndi (bir qrup şəxs tərəfindən vətəndaşlara qarşı zorakılıq tətbiq etməklə törədilən xuliqanlıq), həmçinin, 282-ci maddə (informasiya və telekommunikasiya şəbəkələrindən istifadə edərək nifrətin qızışdırılmasına yönəlmiş hərəkətlər) ilə məsuliyyətə cəlb olunacaq.
T. Məmmədov dostları ilə birlikdə Sankt-Peterburqun müxtəlif ərazilərində yoldan keçənləri dəfələrlə açıq şəkildə döyüb, baş verənləri videoya çəkib, sonra isə görüntüləri “Telegram”da yerləşdirib. Dominos pizza
Şübhəli Rusiya hüquq-mühafizə orqanlarından yayındığı üçün məhkəmə onun barəsində həbs-qətimkan tədbiri seçib. Rusiya Federasiyası Baş Prokurorluğu onu beynəlxalq axtarışa verib.
Telegram kanalımız