Azərbaycana qarşı çıxışlar edən əyalət mollası bu dəfə... VİDEO

Azərbaycana qarşı çıxışlar edən əyalət mollası bu dəfə... VİDEO

Din

13 Oktyabr 2022 13:13 6530


İranın dini rəhbərinin Ərdəbil əyalətindəki nümayəndəsi və Ərdəbil şəhərinin cümə imamı Ayətullah Həsən Ameli İran-Azərbaycan sərhədini ziyarət edib.

“Yeni Sabah” “Azad İran” “Telegram” kanalına istinadən xəbər verir ki, onun sözlərinə görə, İranda ən sağlam və ən təhlükəsiz sərhəd Azərbaycan Respublikası ilə sərhəddir:

“Azərbaycanın ucalığını öz ucalığımız hesab edirik. İran həmişə Azərbaycanı himayə edib, indi də dəstəkləyir. Əgər bir gün heç kim Azərbaycana dəstək verməsə və Azərbaycanı tək qoyarlarsa, mən səmimi və ürəkdən deyirəm ki, İran keçmişdə olduğu kimi, yenə də Azərbaycanın ən güclü dəstəkçisi olacaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!