Azərbaycanda 10 rayon və şəhərə içməli su məhdudiyyətlə veriləcək

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 10 rayon və şəhərə içməli su məhdudiyyətlə veriləcək

Sosial

26 May 2022 18:54 1171


Azərbaycanda 10 rayon və şəhərə içməli su məhdudiyyətlə veriləcək.

Yenisabah.az xəbər verir ki, bu barədə "Azərsu" ASC-dən məlumat verilib.

Bildirilib ki, intensiv yağıntılar səbəbindən Kür çayında bulanıqlığın kəskin artması nəticəsində Kür Sutəmizləyici Qurğular Kompleksində suyun emalı xeyli azalıb. Bununla əlaqədar Şirvan, Hacıqabul, Salyan, Neftçala, Biləsuvar, Sabirabad, Saatlı şəhərlərinə, magistral kəmərlərin trassası boyu yerləşən kəndlərə, həmçinin Bakının Qaradağ rayonuna, eləcə də Səbail və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. pizza mizza

“Azərsu” ASC yaranacaq narahatlıqla əlaqədar abonentlərdən üzr istəyir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!