Azərbaycanda 10 Şri-Lanka vətəndaşı saxlanıldı 

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 10 Şri-Lanka vətəndaşı saxlanıldı 

Sosial

16 Avqust 2022 16:03 761


Azərbaycan sərhədini pozmaq istəyən 10 Şri-Lanka vətəndaşı saxlanılıb 

“Yenisabah” “Report”a istinadən xəbər verir ki, avqust ayının 12-də saat 22:00 radələrində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Dövlət Sərhəd Xidmətinin “Horadiz” sərhəd dəstəsinin, Füzuli rayonunun Böyük-Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının arxa istiqamətində şübhəli şəxs qismində 10 nəfər Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşı saxlanılıb. 

İlkin araşdırmalar zamanı onların Azərbaycana 25-I və 29-u iyul tarixlərində rəsmi qaydada gəlmələri məlum olub. Məlumata görə, əcnəbilər İran vətəndaşı olan Əlirza adlı şəxsin bələdçiliyi ilə dövlət sərhədini pozaraq Azərbaycandan İran İslam Respublikasına, oradan isə Türkiyəyə keçməklə, Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olmaları müəyyənləşdirilib.  Dominos pizza

Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanaraq zərərsizləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!