Azərbaycanda 100 mindən çox psixi xəstə var - ŞOK STATİSTİKA

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 100 mindən çox psixi xəstə var - ŞOK STATİSTİKA

Sosial

07 Sentyabr 2023 13:44 510


2022-ci ildə Azərbaycanda ilk dəfə psixi xəstəlik diaqnozu qoyulmuş xəstələrin sayı 6983 nəfər olub. 

Bu barədə Modern.az saytının Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatda bildirilib. 

Rəsmi statistikadakı rəqəmlərdən məlum olur ki, son illər Azərbaycanda ilk dəfə psixi xəstəlik diaqnozu qoyulmuş xəstələrin sayı xeyli artıb.  pizza mizza

Belə ki, əgər 2020-ci ildə 4039 nəfərə ilk dəfə psixi xəstəlik diaqnozu qoyulmuşdusa, 2021-ci ildə onlar 4751 nəfərə, 2022-ci ildə isə 6983 nəfərə çatıb. 

Rəsmi statistikaya görə, 2022-ci ildə tibb müəssisələrində dispanser müşahidələri altında olan psixi xəstələrin ümumi sayı 113836 nəfər olub. 2020-ci ildə bu rəqəm 106299 nəfər, 2021-ci ildə 109107 nəfər idi. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!