Azərbaycanda 3 ulduzlu hotellərdə ən yüksək qiymətlər Gəncədədir

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 3 ulduzlu hotellərdə ən yüksək qiymətlər Gəncədədir

Sosial

12 Aprel 2024 17:13 973


Onlayn bronlaşdırma sistemi olan booking.com-da bu ilin yanvar-aprel ayları üçün Azərbaycanın şəhər və rayonlarındakı 3 ulduzlu hotellərdə bir gecə qalmaq üçün orta qiymət 76 manat təşkil edib.

Yenisabah.az Dövlət Turizm Agentliyinin hesabatına istinadən araşdırmasına görə, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 37 % azdır.

Hesabat dövründə ən yüksək qiymət 135 manat olmaqla Gəncədə qeydə alınıb. Toyuqlu pizza

İkinci yerdə 75 manat olmaqla Bakının hotelləri qərarlaşıb. Bu, 1 il əvvələ nisbətən 50,7 % azdır.

3 ulduzlu hotellər arasında üçüncü yeri isə 72 manat olmaqla Şəki tutub. Bu şəhərdə orta qiymət illik müqayisədə 44,1 % artıb.

İsmayıllıda 3 ulduzlu hotellərdə bir gecə qalma 63 manata (28,8 % az), Astarada 60 manata (ötən ilin eyni dövründə rayonda 3 ulduzlu hotel olmayıb), Mingəçevirdə isə 50 manata (qiymət dəyişməyib) başa gəlib./“Report”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!