Azərbaycanda 56 ixtisas üzrə həkim hazırlanır - Nazir

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 56 ixtisas üzrə həkim hazırlanır - Nazir

Sosial

09 Oktyabr 2023 12:56 378


"Hazırda ölkədə 56 ixtisas üzrə həkim hazırlığı həyata keçirilir". 

Yenisabah.az xəbər verir ki, bunu Bakıda keçirilən Tibb Təhsili üzrə 8-ci Beynəlxalq Konfransın açılış mərasimində səhiyyə naziri Teymur Musayev deyib. O qeyd edib ki, ölkə hüdudlarından kənarda tibb təhsili alan kadrların ölkəyə qayıdışı səhiyyə sahəsinə xüsusi töhfə verir: "Milli kadrların hazırlanmasına yönələn siyasət bu gün də davam edir. ATU ölkənin səhiyyə müəssisələri üçün yüksək bilikli kadrlar yetişdirir. Son illərdə tibb təhsilinin dünya standartlarına uyğunlaşdırılması üçün bir neçə yeni ixtisas üzrə qəbul həyata keçirilir". 

Nazir söyləyib ki, tibb təhsilində yeni yanaşmaların olması hər zaman labüddür: "Pandemiya şəraiti bu işi daha da sürətləndirdi. Onlayn təhsilin genişləndirilməsi nəzərə alaraq akkreditasiya meyarlarının təkmilləşdirilməsinə ehtiyac var".  Sezar pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!