Azərbaycanda 59 yaşlı qadın əkiz uşaq dünyaya gətirdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 59 yaşlı qadın əkiz uşaq dünyaya gətirdi

Sosial

21 İyul 2023 15:58 915


Azərbaycanda daha bir 50 yaş üzəri xanım ana olub. 

"Medicina" xəbər verir ki, 59 yaşlı Qəndab Quliyeva orta dərəcəli preeklampsiya, uşaqlığın böyük ölçülü ( 120 mm) mioması, istmika servikal yetməzlik, vaxtından əvvəl doğum təhlükəsi diaqnozu ilə Respublika Perinatal Mərkəzin Hamiləliyin patologiyası şöbəsinə qəbul edilib.

Hamiləliyin 28-inci həftəsində Masallıdan Mərkəzə göndərimiş pasiyent lazımi müayinə və müalicələrdən sonra 34-cü həftəsində keysəriyyə əməliyyatına alınıb. pizza hut

Nəticədə1900 q və 1700 q çəkidə qız cinsində əkiz uşaqlar dünyaya gəlib və miomektomiya əməliyyatı icra olunub.

Körpələr əvvəlcə Yeni doğulmuşların reanimasiyası və intensiv terapiyası şöbəsində, daha sonra isə Yenidoğulmuşların patologiyası şöbəsində müalicə alıblar.

Artıq ana və körpələr normal vəziyyətdə evə yola salınıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!