Azərbaycanda 60 mindən çox müəllim peyvənd olunmayıb

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 60 mindən çox müəllim peyvənd olunmayıb

Sosial

19 Avqust 2021 14:15 948


"İndiyədək ümumi təhsil müəssisələrində çalışan 220 mindən çox təhsil işçisindən 138 min nəfərə yaxını hər iki dozada peyvənd olunub".

Yenisabah.az xəbər verir ki, bu barədə Lent.az-a Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat verib. O bildirib ki, bu günədək ümumi təhsil müəssisələri işçilərindən təxminən 60 min nəfərdən çoxu peyvənd olunmayıb:

"Onlardan immuniteti olanlar 16.500, bu və ya digər səbəbdən peyvənd olunmayanlar isə 42 min nəfərdən çoxdur. Marqarita pizza

Peyvənd olunmaq həm də ənənəvi qaydada daha çox saatda dərs demək imkanıdır".

C.Valehov əlavə edib ki, növbəti 20-25 gündə təhsil işçiləri arasında peyvəndləmənin faizinin daha da yüksələcəyinə inanır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!