Azərbaycanda 60 yaşlı qadın ilk dəfə ana oldu: “Sevincimdən huşumu itirdim”

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda 60 yaşlı qadın ilk dəfə ana oldu: “Sevincimdən huşumu itirdim”

Sosial

06 Dekabr 2023 18:59 509


Xəbər verildiyi kimi, Lənkəran Regional Perinatal Mərkəzdə 60 yaşlı qadın ana olub.

Yenisabah.az xəbər verir ki, bununla bağlı Lənkəran Rayon Mərkəzi Xəstəxanası məlumat yayıb. Rayonun Bürcəli kənd sakini 1963-cü il təvəllüdlü Səfərova Ayaxanım hamiləliyin 37-ci həftəsində, qeysəriyyə yolu ilə qız uşağı dünyaya gətirib. Körpənin çəkisinin 3100 qram, boyunun 49 santimetr olduğu bildirilib.

Körpənin atası 56 yaşlı Hüseyn Səfərov sevincini Bizim.Media-ya bölüşüb: pizza hut

“Uşaq da, yoldaşım da yaxşıdır. Xəbəri eşidəndə, sevincimdən huşumu itirdim. 2003-cü ildə ailə qurmuşuq, bu bizim ilk evliliyimizdir. Tanrı bizə övlad da nəsib etdi. Çox danışa bilmirəm, həyəcanlıyam”, - deyə ata bildirib.

Qeyd edək ki, bu, ananın birinci hamiləliyidir. Əməliyyatdan sonrakı dövr fəsadsız keçib. Ana və körpənin vəziyyəti qənaətbəxşdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!