Avqustun 19-da Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirəcək.
Yenisabah.az DİM-ə istinadən xəbər verir ki, imtahanda III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən abituriyentlər iştirak edə biləcəklər.
İmtahan Bakı şəhərində və DİM-in regional bölmələrinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz şəhərlərində təşkil olunacaq. İmtahan saat 10:00-da başlanır və 2 saat 30 dəqiqə davam edəcək. pizza hut
Qeyd edək ki, imtahanda 760 abituriyentin iştirakı nəzərdə tutulur.
Nəzrin Vahid
Telegram kanalımız