2022-ci ilin 9 ayı ərzində 174 uşaq övladlığa verilib.
Yenisabaha.az xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyi məlumat yayıb.
Övladlığa götürülən uşaqlardan 90 nəfəri oğlan, 84 nəfəri isə qızdır. Marqarita pizza
Bu dövr ərzində övladlığagötürmə ilə bağlı 291 müraciət daxil olub. Onlardan 128-nə tələblərə uyğun olmadığı üçün imtina verilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin Fərmanı əsasında 1 noyabr 2019-cu ildən etibarən övladlığagötürmə sahəsində idarəetmə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə olunub.
Telegram kanalımız