Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı 151-ə çatdı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı 151-ə çatdı

Sosial

22 İyun 2022 16:57 1040


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 27 yeni yoluxma faktı qeydə alınıb, 15 nəfər müalicə olunaraq sağalıb. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Yeni Sabah"a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 793 063 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 196 nəfər müalicə olunaraq sağalıb, 9 716 nəfər vəfat edib. 151 nəfər aktiv xəstə sayını təşkil edib. pizza hut

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 807, bu günə qədər isə ümumilikdə 6 945 598 test icra olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!