Azərbaycanda balığın qiyməti bahalaşdı - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda balığın qiyməti bahalaşdı - VİDEO

Sosial

30 Yanvar 2022 11:29 1498


Balığın qiyməti də bahalaşıb. Alıcılar ötən illə müqayisədə bahalaşmanın 3-5 manat arasında olduğunu deyirlər. Satıcılar dəniz balıqlarının qiymətinin artıdığını təsdiqləyirlər. Bildiriblər ki, yerli təsərrüfatlarda yetişdirilən balıqların qiymətində isə ciddi dəyişiklik yoxdur.

Uzun illərdir balıq satışı ilə məşğul olan İlkin Novruzov deyib ki, qiymət artımı əsasən dəniz balıqlarında özünü göstərir.

Onun sözlərinə görə bahalaşmaya səbəb xüsusilə bu aylarda bəzi balıq növlərinin ovuna qoyulan qadağadır. Bu səbəbdən həmin balıqlar ya tapılmır, ya da az miqdarda digər ölkələrdən - İran və Rusiyadan gətirilir. pizza

Satıcılar təsərrüfatlarda yetişdirilən balıqların qiymətinin dəyişmədiyini deyirlər...

Bildirildi ki, qiymətlər bəzi balıq növlərinin ovuna qoyulan qadağa bitəndən sonra enə bilər.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!