Azərbaycanda bankın qarşısına vurulan elan müzakirələrə səbəb oldu - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bankın qarşısına vurulan elan müzakirələrə səbəb oldu - Foto

Sosial

05 Sentyabr 2021 14:24 8148


Sosial şəbəkələrdə Ağcabədidə Azərbaycan Beynəlxalq Bankının (ABB) qarşısına vurulan elan müzakirələrə səbəb olub.

“COVID-19 əleyhinə peyvənd olunmayan təqaüd, pensiya və ünvanlı sosial yardım alan şəxslərin vəsaiti dayandırılacaq”, - elanda qeyd olunub.

Yenisabah.az xəbər verir ki, “Qafqazinfo” məsələ barədə ABB-yə sorğu ünvanlayıb. Toyuqlu pizza

Bankdan sorğumuza cavab olaraq bildirilib ki, belə bir tələb yoxdur:

“Bu təşəbbüs Bank tərəfindən olmayıb. Hazırda məsələni aydınlaşdırmağa çalışırıq. Müştərilər hər zamankı qaydada xidmət və məhsullarımızdan yararlana bilərlər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Nicat
    Adınıda qoyurlarki məcburi deyil,caamat necə başa düşsün ,bu yazı kifayət eləmir ki ,deməli məcburidir????????
    5 years ago