Azərbaycanda bələdiyyə sədri cərimələndi - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanda bələdiyyə sədri cərimələndi - FOTO

Sosial

09 İyun 2021 15:51 858


Ağsu rayon Gəgəli kənd bələdiyyəsinin sədri Fariz Xəlilli cərimə olunub.

Yenisabah.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə F.Xəlillinin özü məlumat yayıb.

O bildirib ki, mayın 24-də Ağsu şəhərində yerləşən Heydər Əliyev parkının giriş hissəsində olarkən qoruyucu tibbi maskanı maşında unudub: Marqarita pizza

“Geri qayıdıb maşına doğru hərəkət edən zaman polis əməkdaşı məni yanına çağırdı. Polis özünü təqdim etdi və mənə qoruyucu tibbi maskanı taxmadığımı izah elədi”.

Bələdiyyə sədri qeyd edib ki, daha sonra polis əməkdaşı onu Ağsu Rayon Polis Şöbəsinə aparıb: “Şöbədə İnzibati Xətalar Məcəlləsinin 211.2, 510 və 535.1 maddələri ilə protokol tərtib edildi. Ağsu Rayon Məhkəməsinin qərarı ilə bu maddələrlə təqsirli bilindim və 535.1 maddəsi ilə 200 manat məbləğində cərimələndim”.

F.Xəlilli özünü təqsirli bilmədiyini söyləyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!